Fatih Dönmez: "TANAP-ın ötürmə qabiliyyəti 32 milyard kubmetrə çatdırılacaq"

Fatih Dönmez: "TANAP-ın ötürmə qabiliyyəti 32 milyard kubmetrə çatdırılacaq"
# 06 oktyabr 2022 18:32 (UTC +04:00)

TANAP-ın illik ötürmə qabiliyyətin 2 dəfə artırılması, 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər qaldırılmasına dair qərar qəbul olunub.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fatih Dönmez İstanbulda keçirilən Azərbaycan-Türkiyə II Enerji Forumunu çərçivəsində mətbuata verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində mühüm addım olacaq.

Fatih Dönmez, Azərbaycandan Gürcüstan vasitəsilə elektrik enerjisinin transferinin müzakirə mövzusu olduğunu da vurğulayıb.

Nazir, həmçinin, Iğdır-Naxçıvan təbii qaz xəttində işlərin son mərhələyə çatdığını da diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR