“Fitch” neftin bazar üçün optimal qiymətini açıqlayıb

“Fitch” neftin bazar üçün optimal qiymətini açıqlayıb
# 28 yanvar 2022 10:19 (UTC +04:00)

Neftin qiymətinin bir barel üçün 60-70 ABŞ dolları aralığında olması qlobal bazar üçün optimal olacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin təbii sərvətlər və əmtəə məhsulları qrupunun direktoru Dmitri Marinçenko deyib.

Mütəxəssisin sözlərinə görə, “Fitch” bu il “Brent” markalı etalon neftin orta qiymətinin bir barel üçün 70 dollar olacağını, 2023-cü ildə isə 60 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır.

Qeyd edək ki, hazırda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 88,7 civarındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR