Fitch Solutions: Azərbaycanda bu il iqtisadi artım 10 illik göstəricidən daha yüksək olacaq

Fitch Solutions: Azərbaycanda bu il iqtisadi artım 10 illik göstəricidən daha yüksək olacaq
# 12 yanvar 2023 15:41 (UTC +04:00)

“Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda iqtisadi artımın 3,7%-ə qədər yavaşlayacağını proqnozlaşdırıb.

Bu barədə “APA-Economics” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Agentlik hesab edir ki, 2023-cü ildə neft və qaz qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının 50,0%-dən çoxunu təşkil edən ölkənin enerji sektoruna ağır təsir göstərə bilər.

"Bununla belə, əsas kapitalın formalaşması 2023-cü ildə və ondan sonrakı illərdə artıma daha çox töhfə verəcək, çünki Azərbaycanın enerji ixracatına Avropa tələbatı artdıqca, potensialın artırılmasına investisiya tələb olunur”, - “Fitch Solutions” qeyd edib.

“Fitch Solutions” həmçinin, Azərbaycan iqtisadiyyatının 2023-cü ildə artım baxımından 2011-2021-ci illər arasında qeydə alınmış 1,3%-lik tarixi on illik orta göstəriciyə nisbətən daha yüksək performans göstərəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR