Fransa şirkətləri Azərbaycanın neft-qaz yataqlarının reabilitasiyasında iştirak edə bilər

Fransa şirkətləri Azərbaycanın neft-qaz yataqlarının reabilitasiyasında iştirak edə bilər
# 29 iyul 2019 13:20 (UTC +04:00)

Azərbaycan və Fransa burada mövcud olan köhnə neft-qaz yataqlarının reabilitasiyası və onların yenilənməsi layihələrində əməkdaşlıq edə bilərlər.

"APA-Economics"in məlumatına görə, bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Le Mer Azərbaycanın Maliyyə naziri Samir Şərifovla keçirdiyi görüşü zamanı bildirib.

Onun sözlərinə görə, sözügedən layihələr köhnə yataqların reabilitasiyasında sonra onların ətraf mühitə daha çox qayğı ilə istismar edilməsini nəzərdə tutur.

Samir Şərifovun sözlərinə görə, Azərbaycan fransız maliyyə qurumları ilə olduqca faydalı əməkdaşlıq edib və bir sıra nəqliyyat sahəsində layihələr var ki, onlar müştərək qaydada maliyyələşdirilə bilər.

Qeyd edək ki, Fransanın “Total” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənilməsi layihəsində iştirak edir. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50%) şirkətləridir. Yatağın operatoru "SOCAR Absheron" və "Total E&P Absheron" törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (“Joined Operating Company Absheron Petroleum”) birgə müəssisəsidir.

SOCAR-ın qiymətləndirmələrinə görə, "Abşeron" yatağının potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR