Füzulidə yeni çəkilən xətt vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təmin edilib - VİDEO

Füzulidə yeni çəkilən xətt vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təmin edilib - VİDEO
# 25 iyul 2022 14:40 (UTC +04:00)

Füzulidə növbəti N saylı hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlər yekunlaşdırılıb.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, çəkilən 35/0,4 kV-luq elektrik xətti vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təchiz olunub.

Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kV-luq yarımstansiyadan götürən xəttin uzunluğu 22,5 km-dir və izolyasiyalı naqillə çəkilib.

Qeyd edək ki, işlərin aparıldığı ərazilər əvvəlcə minalardan təmizlənib.

Füzulidə tikiləcək obyektlərin, yaşayış məntəqələrinin də elektrik enerjisi ilə təchizatı üçün layihələndirmə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR