G7 dekabradək Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq etməyi hədəfləyir

G7 dekabradək Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq etməyi hədəfləyir
# 27 iyul 2022 18:25 (UTC +04:00)

G7 qrupu dekabrın 5-dək Rusiya neftinin ixracı üzrə qiymət məhdudiyyəti mexanizmini işə salmağı hədəfləyir.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə G7-nin adı açıqlanmayan yüksək səviyyəli rəsmisi bildirib.

Onun sözlərinə görə, əsas məqsəd Avropa İttifaqının Rusiya neftinin dəniz yolu ilə idxalını qadağan edən sanksiyalarının qüvvəyə minməsi ilə bağlı müəyyənləşdirilən vaxta uyğunlaşmaqdır: “Biz qiymət həddi mexanizminin bu sanksiya ilə eyni vaxtda qüvvəyə mindiyinə əmin olmaq istəyirik.
Artıq bir sıra Asiya ölkələri koalisiyaya qoşulmaqla bağlı və ya Rusiya ilə gələcək müqavilələrlə bağlı danışıqlarda əllərini gücləndirmək üçün qiymətin müəyyən ediləcəyi nöqtəni daha yaxşı başa düşməklə bağlı maraqlarını ifadə ediblər”.

Qeyd edək ki, G7 Rusiya xam neftinin qiymətinin alıcılar kartelinin üzvləri tərəfindən Rusiyanın hasilat xərclərindən yüksək səviyyədə, ancaq hazırkı yüksək bazar qiymətlərindən xeyli aşağı həddə müəyyənləşdirilməsini istəyir.
Belə olan halda, Rusiya dekabr ayında Aİ-nin neft embarqosu qüvvəyə mindikdən sonra ixracın azaldılması, lakin davamlı gəlirin olması və ya demək olar ki, heç bir gəlir əldə etməmək arasında çətin seçim qarşısında qalacaq.
Rəsmi bildirib ki, Rusiya öz xam neftini başqa yerə satmaqda çətinlik çəkəcək, çünki Aİ sanksiyaları Rusiya neftinin ticarəti ilə bağlı bütün maliyyə xidmətlərinə, sığortaya, habelə yüklərin və gəmilərin maliyyələşdirilməsinə qadağa qoyulmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR