G7 ölkələri enerji sektorunun karbonsuzlaşdırılması barədə razılığa gəliblər

G7 ölkələri enerji sektorunun karbonsuzlaşdırılması barədə razılığa gəliblər
# 27 may 2022 16:16 (UTC +04:00)

Bütün G7 ölkələri 2025-ci ilə qədər enerji sektorunun karbonsuzlaşdırılması barədə razılığa gəliblər.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habek bildirib.

Məlumata görə, G7 ölkələri 2025-ci ilə qədər mədən energetikasına subsidiyaları tamamilə dayandırmaq niyyətindədir. "Və bu, mənə çox vacib görünür", deyə, vitse-kansler bildirib.

O vurğulayıb ki, ölkələr indi subsidiyalar və vergi güzəştləri vasitəsilə iqlimə zərər vuran davranışları təşviq edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR