Gələn il Sumqayıtda şin istehsalı zavodunun tikintisinə başlanacaq

Gələn il Sumqayıtda şin istehsalı zavodunun tikintisinə başlanacaq
# 20 sentyabr 2019 11:33 (UTC +04:00)

Gələn il Sumqayıt şəhərində şin istehsalı zavodunun tikintisinə başlanacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bu sahədə işlər uğurla davam etdirilir və bu ilin sonunadək yeni müəssisənin tikintisinin texniki əsaslandırılması sənədi hazır olacaq.

"Düşünürəm ki, gələn ilin əvvəllərində Sumqayıtdakı sənaye parkında bu zavodun tikintisinə artıq başlanacaq", - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR