“Goldman Sachs” dünya bazarlarında neft qıtlığını proqnozlaşdırıb

“Goldman Sachs” dünya bazarlarında neft qıtlığını proqnozlaşdırıb
# 28 fevral 2023 12:08 (UTC +04:00)

Çində tələbin kəskin bərpası və təklifin durğunluğu fonunda neft bazarı 2023-cü ilin ikinci yarısında qıtlıqla üzləşə bilər.

Bu barədə “APA-Economics” aparıcı qlobal investisiya bankçılığı, qiymətli kağızlar və investisiyaların idarə edilməsi şirkəti olan “Goldman Sachs Group, Inc”in analitik qeydinə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan prosseslər “OPEC+”razılaşması iştirakçılarının iyun ayında keçiriləcək iclasında hasilatın artırılması barədə qərarın verilməsinə səbəb ola bilər.

Qeyd edək ki, ötən ilin oktyabr ayında OPEC+ ölkələri gündəlik neft hasilatını 2023-cü ilin sonuna 2 mln. barel azaltmaq barədə razılığa gəliblər.

“Goldman Sachs” ilin ikinci yarısında “OPEC+" üzrə gündəlik hasilatının 1 mln.barel artması şərtilə dekabr ayı üçün neft qiymətlərinin tədricən 100 ABŞ dolları səviyyəsinə yüksələcəyini gözləyir.

“OPEC+” hasilat səviyyəsini dəyişməsə, o zaman “Brent” markalı neftin qiyməti dekabr ayı üçün 107 dollara çata və daha da artmağa davam edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR