“Goldman Sachs” neftin qiyməti üzrə proqnozlarını endirib

“Goldman Sachs” neftin qiyməti üzrə proqnozlarını endirib
# 08 avqust 2022 12:13 (UTC +04:00)

Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” 2022-ci ilin üçüncü və dördüncü rübləri üçün neftin qiyməti üzrə proqnozlarını endirib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “İnterfax” bankın analitiklərinə istinadən məlumat yayıb.

Məlumata görə, bankın analitikləri bu ilin üçüncü və dördüncü rübləri üzrə neftin qiyməti ilə bağlı (bir barel üçün – red.) proqnozlarını 140 və 130 ABŞ dollarından müvafiq olaraq 110 və 125 dollara endiriblər.

Qeyd olunur ki, bank 2023-cü il üçün neftin qiyməti üzrə proqnozunu dəyişməyib və 125 dollar səviyyəsində saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR