Güclü külək ağacı qaz xəttinin üzərinə aşırıb

 Güclü külək ağacı qaz xəttinin üzərinə aşırıb
# 05 avqust 2019 13:52 (UTC +04:00)

Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb.

Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR