Gündəlik qlobal neft hasilatı bu il 100 mln. barelə çatacaq

Gündəlik qlobal neft hasilatı bu il 100 mln. barelə çatacaq
# 15 noyabr 2022 15:18 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci il üçün qlobal neft hasilatının artım tempi üzrə proqnozunu dəyişməyib.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) noyabr hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, 2022-ci ildə gündəlik qlobal neft hasilat 4,6 mln. barel artacaq və 99,9 mln. barel təşkil edəcək, bu da öncəki proqnoz göstəricisinə bərabərdir.

“2023-cü ildə gündəlik qlobal neft hasilatı əvvəlki illə müqayisədə cəmi 740 min barel artaraq 100,7 mln. barelə çatacaq”, - hesabatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR