"Günəşli" yatağında növbəti quyuda qazma işlərinə başlanılıb

"Günəşli" yatağında növbəti quyuda qazma işlərinə başlanılıb
# 05 noyabr 2019 14:56 (UTC +04:00)

SOCAR AQŞ “Günəşli’’ yatağındakı 11 saylı stasionar dəniz özülündən 347 nömrəli quyuda qazma işlərinə başlayıb.

SOCAR AQŞ-dən “APA-Economics”ə verilən məlumata görə, 347 nömrəli quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 3 350 metr təşkil edir.

“Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Keyfiyyət, Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR