Gürcüstan bu il Azərbaycandan 122 min tondan çox yanacaq idxal edib

Gürcüstan bu il Azərbaycandan 122 min tondan çox yanacaq idxal edib
# 16 oktyabr 2019 14:10 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın Azərbaycandan idxal etdiyi yanacağın həcmi açıqlanıb.

APA-nın yerli bürosunun Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə Gürcüstan Azərbaycandan 122,4 min ton yanacaq idxal edib. Azərbaycandan idxal edilən yanacaq Gürcüstanın ümumi idxalında 15,7% paya malik olub və bu göstərici ilə Azərbaycan Gürcüstana ən çox yanacaq ixrac edən ölkələr arasında üçüncü yerdə qərarlaşıb.

Hesabat dövründə qonşu ölkə ən çox Rusiyadan benzin və dizel yanacağı idxal edib – 231,7 min ton. Rusiyadan idxal edilən yanacaq ümumi idxalın 29,7%-nə bərabər olub. İkinci yerdə isə Rumıniya qərarlaşıb – 215.5 min ton (27,6%).

Cari ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan ümumilikdə 779,4 min ton benzin və dizel yanacağı idxal edib. Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə (814,4 min ton) 35 min ton və ya 4,3% azdır.

Hesabat dövründə Gürcüstan 403,4 min ton benzin, 376 min ton dizel yanacağı idxal edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,5% (2 min ton) və 8% (33,1 min ton) azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR