Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 40%-ə yaxın artırıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 40%-ə yaxın artırıb
# 16 oktyabr 2019 11:18 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycandan 820,968 mln. kVt-saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Sisteminin Kommersiya Operatorunun (ESCO) hesabatında məlumat verilib.

Hesabata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 233,048 mln. kVt-saat və ya 39,6% artıb.

Bu ilin sentyabr ayında isə Gürcüstan Azərbaycandan 63,330 mln. kVt-saat həcmində elektrik enerjisi idxal edib ki, bu da illik müqayisədə 13,5 dəfə çoxdur.

Sentyabr ayı ərzində Gürcüstanın ən çox elektrik enerjisini Rusiyadan idxal edib – 125,01 mln. kVt-saat.

Qeyd edək ki, ötən ay Azərbaycan Gürcüstan ərazisi ilə Türkiyəyə 33,270 mln. kVt-saat elektrik enerjisi ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR