Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri artıb

Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri artıb
# 19 sentyabr 2019 11:21 (UTC +04:00)

Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri artıb.

APA-nın yerli bürosu Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən xəbər verir ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində bu ölkə Azərbaycandan 37 772.6 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 24,5% artıb.

Qeyd edək ki, Gürcüstan Elektrik Enerjisi Kommersiya Operatorunun hesabatına görə, bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycandan 760.538 milyon kilovat-saat elektrik enerjisi idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR