Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Azərbaycana gəlir

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Azərbaycana gəlir
# 17 sentyabr 2019 10:11 (UTC +04:00)

Bu gün Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Azərbaycana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, sentyabrın 18-dək davam edəcək səfər zamanı Gürcüstan və Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının gündəliyinin hazırlanması planlaşdırılır.

Bundan başqa, səfər çərçivəsində ölkələr arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində bir sıra görüşlər keçiriləcək.

N. Turnava Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək.

Səfər zamanı “Azərbaycan Dəmir Yolları” QSC və SOCAR rəsmiləri ilə də görüşlər planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR