"Grant Thornton" audit şirkəti Hasilat Sənayesində Şəffaflıq hеsаbatını hazırlayacaq

"Grant Thornton" audit şirkəti Hasilat Sənayesində Şəffaflıq hеsаbatını hazırlayacaq
# 12 iyul 2019 17:24 (UTC +04:00)

Bu ilin iyulun 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyətinin, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, iclasda 2018-2019-cu illəri əhatə edən ümumiləşdirilmiş HSŞ hesabatının hazırlanması məqsədilə HSŞ üzrə Komissiyanın Xidmət Təklifləri Sorğusu yolu ilə elan etdiyi satınalma müsabiqəsində iştirak edən müstəqil və ixtisaslaşmış auditor təşkilatlarının texniki və ixtisas göstəriciləri ilə bağlı İşçi Qrup tərəfindən hazırlanan Rəy Komissiya üzvlərinə təqdim edilib. Komissiya üzvləri tərəfindən müsabiqədə iştirak edən audit şirkətlərinin qapalı zərfdə təqdim etdikləri qiymət təklifləri açıldıqdan sonra İşçi Qrupun Rəyi də nəzərə alınmaqla 2018-2019-cu illər üzrə ümumiləşdirilmiş HSŞ hesabatının hazırlanması məqsədilə “Grant Thornton” şirkəti ən yüksək balla qalib elan edilib.

Qeyd edək ki, 2018-2019-cu ili əhatə edən ümumiləşdirilmiş HSŞ hesabatının hazırlanması ilə bağlı müsabiqədə “Grant Thornton” (I yer), “Baker Tilly” (II yer), “BDO Azərbaycan” (III yer), “Nexia-EA MMC” və “Abak-Az Crovve Ltd” audit şirkətləri iştirak edib.

Ötən il üzrə HSŞ hesabatlarının əhatə dairəsi və həmçinin hesabatlılıq formaları iclasda müzakirə edilərək təsdiq edilmiş, Benefisiar Sahiblik məlumatlarının açıqlanmasına dair Yol xəritəsinin tətbiqi layihəsinin gedişatı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR