Hesablama Palatası Neft Fondunun 2021-ci il büdcəsinin icrasına rəy verib

Azərbaycan Respublikası Dövlət Neft Fondu

© APA | Azərbaycan Respublikası Dövlət Neft Fondu

# 08 iyun 2022 16:38 (UTC +04:00)

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilən Kollegiya iclasında “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi” müzakirə olunub.

Palatadan APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabatın layihəsi Kollegiya tərəfindən məqbul hesab edilib.

Hesablama Palatasının Rəyinin Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim olunması üçün Dövlət Neft Fonduna göndərilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR