İlka Levinqton: Azərbaycanda elektrik enerjisi sahəsinin liberallaşması sektorun texniki və iqtisadi səmərəliliyini artıracaq

İlka Levinqton: Azərbaycanda elektrik enerjisi sahəsinin liberallaşması sektorun texniki və iqtisadi səmərəliliyini artıracaq
  • Clock-gray 11:52
  • calendar-gray 18 Noyabr 2019

Azərbaycanda elektrik enerjisi sektorunun liberallaşması bu sahədə texniki və iqtisadi səmərəliliyini artıracaq.

"APA-Economucs"in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən "Elektrik Enerjisi Sektorunun Maliyyə Bərpası Planının hazırlanması"  texniki yardım layihəsi üzrə qrup rəhbəri İlka Levinqton "Jurnalistlər üçün biliklər və anlayışlar" adlı təlim zamanı çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bazarın liberallaşması bir sıra üstünlüklər verəcək. Belə ki, liberallaşma sektor üçün büdcə subsidiyalarının azalmasına, tarif və qiymətlərin optimallaşmasına şərait yaradacaq

Bundan əlavə, İ. Levinqton bildirib ki, bazarın liberallaşdırılması özəl investisiyaların, o cümlədən birbaşa xarici sərmayələrin cəlb edilməsini və innovasiyaların tətbiqini təmin edəcək.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date