IEA: Azərbaycanın qaz hasilatı 35 milyard kubmetrə çatacaq

IEA: Azərbaycanın qaz hasilatı 35 milyard kubmetrə çatacaq
# 27 oktyabr 2022 16:35 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) Azərbaycanın qaz hasilatı ilə bağlı uzunmüddətli proqnozunu açıqlayıb.

"APA-Economics" IEA-ya istinadən xəbər verir ki, Agentliyin bəlli olan siyasət ssenarisinə uyğun olaraq (STEP- Stated Policies Scenario) 2030-cu ildə Azərbaycanın qaz hasilatı 35 milyard kubmetrə çatacaq, 2050-ci ildə isə 24 milyard kubmetrə qədər azalacaq.

IEA-nin elan edilən vədlər ssenarisinə uyğun olaraq (APS-Announced Pledges Scenario) Azərbaycanın qaz hasilatı üzrə 2030-cu il proqnozu ilə eyni olsa da, 2050-ci il üzrə 5 milyard kubmetr artıq, yəni 29 milyard kubmetr müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR