IEA dünya bazarının neftə olan tələbatına dair proqnozlarını dəyişməyib

IEA dünya bazarının neftə olan tələbatına dair proqnozlarını dəyişməyib
# 15 noyabr 2019 14:27 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2020-ci ildə dünya neft bazarında “qara qızı”la olan gündəlik tələbatın 1,2 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə “APA-Economics” IEA-ın aylıq hesabatına istinadən xəbər verir.

“Gələn il üçün neftə olan tələbatın artımına dair qiymətləndirməmiz dəyişməz olaraq 1,2 mln. barel təşkil edir”, - hesabatda qeyd edilir.

Hesabata əsasən, bu ilə olan tələbata dair Agentliyin proqnozları dəyişməz qalıb (gündəlik 1 mln. barel).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR