IEA: Dünyanın daha müxtəlif günəş paneli təchizat zəncirlərinə ehtiyacı var

IEA: Dünyanın daha müxtəlif günəş paneli təchizat zəncirlərinə ehtiyacı var
# 07 iyul 2022 15:32 (UTC +04:00)

Xalis sıfır emissiyaya təhlükəsiz keçidin təmin edilməsi qlobal təchizat zəncirləri hazırda Çində sıx şəkildə cəmləşən günəş panellərinin qlobal istehsalını genişləndirmək və şaxələndirmək üçün səylərin artırılmasını tələb edəcək.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin yeni xüsusi hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, günəş panellərinin istehsalının və bazarlarının genişləndirilməsinə yönəlmiş Çin sənaye və innovasiya siyasəti onları dünyanın bir çox yerində ən əlverişli elektrik enerjisi istehsal texnologiyasına çevrilməsinə kömək edib.

Qeyd olunur ki, son onillikdə günəş panelləri üçün qlobal istehsal gücü getdikcə Avropa, Yaponiya və ABŞ-dan investisiya və innovasiya sahəsində lider olan Çinə doğru yönəldi. Hazırda günəş panellərinin bütün əsas istehsal mərhələlərində Çinin payı 80%-dən çoxdur.

"Çin bütün dünyada günəş fotoelektrik sistemlərinin dəyərinin azaldılmasında mühüm rol oynadı və təmiz enerji keçidinə çoxlu faydalar gətirdi", - IEA-nın icraçı direktoru Fatih Birol qeyd edib.

Hesabata əsasən, beynəlxalq enerji və iqlim hədəflərinə nail olmaq üçün günəş panellərinin qlobal tətbiqi görünməmiş sürətlə artmalıdır, bu da öz növbəsində istehsal güclərinin artımını tələb edib. Belə ki, IEA-ın müəyyən etdiyi sıfır emissiya hədəfinə çatmaq üçün qlobal üzrə elektrik sistemlərinə günəş fotovoltaik gücünün illik əlavəsi 2030-cu ilə qədər dörd dəfədən çox artmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR