IEA qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib

IEA qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib
# 15 mart 2023 15:57 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə gündəlik qlobal neft hasilatı üzrə proqnozunu 0,4 mln. barel artıraraq, 1,6 mln. barelə çatdırıb.

APA-Economics”in Agentliyin aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari ildə ortalama gendəlik qlobal neft hasilatı 101,6 mln. barel səviyyəsində olacaq.

"Bütövlükdə il üçün qlobal neft hasilatının sutkada 1,6 mln.barel artacağını gözləyirik, aparıcı templər ABŞ və Braziliyanın payına düşəcək. Bu, 2022-ci ildə gündəlik 4,6 mln. barel olan nəhəng artımdan sonra (“OPEC+” razılaşması hesabına – red.) kəskin azalmadır", - IEA-nın mütəxəssisləri hesab edir.

Ötən ay IEA qlobal neft hasilatının sutkada 1,2 milyon barel artaraq 101,3 milyon barelə çatacağını proqnozlaşdırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR