Beynəlxalq Enerji Agentliyi (İEA) 2022-ci il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb.
"APA-Economics"in İEA-nın may hesabatına istinadən verdiyi məlumata görə, agentlik 2022-ci il üçün sözügedən göstərici üzrə proqnozunu azaldaraq (- 0,1 mln. barel) 1,8 mln. barelədək endirib.
Qeyd olunur ki, proqnoz iqtisadi inkişafın "daha təmkinli olması" və qiymətlərin artması ilə əlaqədar olaraq endirilib.
Hesabata əsasən, 2022-ci ildə neftə olan gündəlik tələbat artaraq 99,4 mln. barel təşkil edəcək.