IEA qlobal neft tələbatının artım tempi üzrə proqnozunu yüksəldib

IEA qlobal neft tələbatının artım tempi üzrə proqnozunu yüksəldib
# 11 avqust 2022 12:26 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu artırıb.

"APA-Economics"in İEA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, agentlik 2022-ci il üçün sözügedən göstərici üzrə proqnozunu artıraraq (380 min barel) 2,1 mln. barelədək yersəldib.

Qeyd olunur ki, elektrik enerjisi istehsalı üçün neftdən istifadənin artması və Avropada təbii qaza olan qiymətlərin yüksəlməsindən sonra qazdan neftə keçid 2022-ci ilin qalan hissəsində və 2023-cü neftə tələbatın artım trayektoriyasını dəyişəcək.

Hesabata əsasən, 2022-ci ildə neftə olan gündəlik tələbat artaraq 99,7 mln. barel olacaq, 2023-ci ildə isə bu göstərici 101,8 mln. barel təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR