İlin sonunadək "Şahdəniz"də hasilat pik həddə çatacaq

İlin sonunadək "Şahdəniz"də hasilat pik həddə çatacaq
# 18 iyul 2022 14:00 (UTC +04:00)

Bu ilin sonunadək "Şahdəniz" Qaz-kondensat yatağında hasilat pik həddə çatacaq.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, söhbət ildə 26 mlrd. kubmetr qaz hasilatından gedir.

Vitse-prezident qeyd edib ki, bu hasilat həcmlərini bir neçə müddət saxlamaq planlaşdırılır.

Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, bu ilin üçüncü rübündə "Şahdəniz" yatağında yerləşən "Alfa" platforması planlaşdırılmış profilaktika işlərinin aparılması üçün dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR