İndoneziya ənənəvi enerji mənbələrini palma yağı ilə əvəz edəcək

İndoneziya ənənəvi enerji mənbələrini palma yağı ilə əvəz edəcək
# 18 yanvar 2023 12:38 (UTC +04:00)

İndoneziya 2045-ci il üçün ənənəvi enerji mənbələrini idxal etməyəcək, bunun əvəzinə ölkə palma yağı sənayesini inkişaf etdirəcək.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İndoneziyanın dənizçilik və investisiyalar üzrə koordinasiya naziri Luhut Binsar Pancaytan bildirib.

"Hazırda biz palma yağı sənayesini inkişaf etdiririk və tədqiq edirik. Hesab edirik ki, 2045-ci il üçün onu 100 mln. tondan çox həcmdə istehsal edə biləcəyik. Bunun 30%-i qidaya, qalan 70%-ni isə alternativ yanacaq üçün istifadə edə bilərik", - nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR