İranın neft sənayesinə 30 milyard dollar sərmayə yatırılacaq

İranın neft sənayesinə 30 milyard dollar sərmayə yatırılacaq
# 13 may 2022 14:23 (UTC +04:00)

İlin sonunadək İranın neft sənayesinə 30 milyard dollar sərmayə yatırılacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın neft naziri Cavad Oci 26-cı Beynəlxalq Neft-Qaz Sərgisinin açılışında deyib.

O bildirib ki, ilin sonunadək 30 milyard dollar dəyərində 25 böyük layihənin icrasına başlanacaq.

Onun sözlərinə görə, bu layihələr işsizliyi aradan qaldıracaq, enerjinin təmini sabitləşdirəcək və istehsalın həcmini artıracaq.

Cavad Oci qeyd edib ki, İran üçün Latın Amerikası ilə səmərəli əməkdaşlıq imkanı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR