İranın qaz nəqli ilə bağlı qərarı Türkiyə sənayesində problemlər yaradıb

İranın qaz nəqli ilə bağlı qərarı Türkiyə sənayesində problemlər yaradıb
# 24 yanvar 2022 17:56 (UTC +04:00)

İranın Türkiyəyə təbii qaz nəqlinin dayandırılması qərarı Türkiyənin sənaye sektorunda ciddi problemlər yaradıb.

APA-nın Türkiyə bürosunun verdiyi xəbərə görə, 3 gün ərzində Türkiyənin bir çox sənaye zonalarında enerji və təbii qazın verilməsi təxminən 40% civarında azalacaq. Bu səbəbdən sənaye sektorunun bir çox sahələrində istehsalat dayandırılacaq.

Yanvarın 20-də İran texniki səbəblərdən Türkiyəyə qazın nəqlini 2022-ci ilin yanvar ayının sonuna qədər dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR