İşğaldan azad olunmuş ərazilərdə daha 18 kiçik su elektrik stansiyası tikiləcək

İşğaldan azad olunmuş ərazilərdə daha 18 kiçik su elektrik stansiyası tikiləcək
# 17 may 2022 17:03 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə 18 kiçik su elektrik stansiyalarının tikintisinin auksiona çıxarılması gözlənilir.

"APA-Economics" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sözügedən ərazilərdə artıq 4 kiçik su elektrostansiya tikilib istifadəyə verilib, hazırda 5 stansiyanın tikintisi aparılır və bu il böyük ehtimalla işlər tamamlanacaq.

İşğaldan azad olunan ərazilərin elektrik enerjisi ilə təmin edilməsi məsələsindən danışan nazir müavini qeyd edib ki, Laçın-Kəlbəcərdə 100 MVt gücündə külək elektrik stansiyasının tikintisi nəzərdə tutulur və bu istiqamətdə şirkətlərlə danışıqlar gedir. İşğaldan azad edilmiş ərazilərin cənubunda (Cəbrayıl rayonu – red.) gücü 240 MVt olan günəş elektrik stansiyasının tikintisi məsələsi barəsində BP ilə danışıqlar aparılır: “Böyük ehtimal ilə, cənubda 50 meqavat əlavə günəş elektrik stansiyası olacaq, ikinci “ağıllı kənd”də”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR