"İstanbul metrosu"nun rəhbəri: "Bakı Metropoliteni" ilə çox gözəl işbirliyimiz var"

"İstanbul metrosu"nun rəhbəri: "Bakı Metropoliteni" ilə çox gözəl işbirliyimiz var"
# 05 noyabr 2022 14:18 (UTC +04:00)

"Bakı Metropoliteni" ilə "İstanbul metrosu" arasında çox gözəl işbirliyi var, birlikdə bir çox layihəyə imza atırıq.

"APA-Economics" xəbər verir ki, bunu İstanbul metrosunun baş direktoru Özgür Soy bildirib. Onun sözlərinə görə, "Bakı Metropoliteni" ilə işarəvermə sistemindən tutmuş (siqnalizasiya - red.), vaqonların yenilənməsinə, inşaat layihələrinə qədər bir çox sahədə iş birliyi aparılır.

"Biz öz təcrübələrimizi bölüşürük. Azərbaycan dövlətinin planlarına uyğun bütün əməkdaşlığa hazırıq. Hazırda "Bakı Metropoliteni" ilə "İstanbul metrosu" arasında konkret müqavilə yoxdur, qarşılıqlı əməkdaşlıq layihələri ilə bağlı işlər görürük. Hər iki qurum arasında birgə əməkdaşlıqla bağlı müzakirələr aparılır", deyə Ö. Soy bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR