İstilik enerjisinin hansı hallarda dayandırılacağı müəyyənləşir

İstilik enerjisinin hansı hallarda dayandırılacağı müəyyənləşir
# 06 may 2022 17:20 (UTC +04:00)

Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir.

APA xəbər verir ki, bununla bağlı “Elektroenergetika haqqında” qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, həmin hallar aşağıdakılar olacaq:

- İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

- Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdə (göstərildikdə) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilmədikdə;

- enerji təchizatı müəssisəsi ilə müvafiq müqabilə bağlanmadıqda;

- İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə ( sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;

- təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğını və ya qaz sızmasının qarşısı alındıqda;

- Məhkəmənin qərarı ilə;

- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR