"JPMorgan": Neftin qiyməti 150 dollaradək arta bilər

"JPMorgan": Neftin qiyməti 150 dollaradək arta bilər
# 14 sentyabr 2022 10:47 (UTC +04:00)

ABŞ-ın iri maliyyə holdinqi olan "JPMorgan Chase & Co."nun proqnozuna görə, tələb təklifi üstələdiyi, təbii qaz və bərpa olunan enerji mənbələri kimi alternativ enerji daşıyıcıları defisiti qarşılaya bilmədiyindən neft qiymətləri artacaq.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “JPMorgan”ın baş neft-qaz analitiki Kristian Malek bildirib.

Onun sözlərinə görə, neftin orta qiyməti bir barel üçün 150 ABŞ dollarınadək yüksələ bilər.

Malek bildirib ki, qlobal istehsal artımı istehlak artımından geri qalır. Qlobal neft şirkətləri yeni yataqların işlənməsinə kifayət qədər sərmayə qoymur və bazar Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrinin tədarükündən həddən artıq asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR