Kadri Simson: Azərbaycanın Aİ-yə bərpaolunan enerji ixracı üçün potensialı var

Kadri Simson: Azərbaycanın Aİ-yə bərpaolunan enerji ixracı üçün potensialı var
# 03 fevral 2023 11:54 (UTC +04:00)

“Azərbaycandan Aİ-yə qaz tədarükü artıb. Bu, bizim Azərbaycanla artan diplomatik əlaqələrimizlə də üst-üstə düşür”.

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) enerji komissarı Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı zamanı deyib.

“Mövcud böhranı fürsətə çevirmək üçün qarşılıqlı qətiyyət var. Həmçinin bu əməkdaşlığımızın bizi gələcəkdə hansı nöqtəyə gətirəcəyinə də diqqət etməliyik. Qarşıdakı on illiklərdə təbii qaz Avropanın enerji keçidində vacib rol oynayacaq”, - Aİ-nin enerji komissarı bildirib.

Kadri Simson əlavə edib ki, CQD Aİ-yə boru kəməri vasitəsilə çatdırılan sabit və rəqabətədavamlı qaz mənbələrindən biri olaraq qalacaq. Onun sözlərinə görə, bu, həmçinin Xəzər regionundakı digər ölkələr üçün də bir fürsət yaradır ki, bu layihəyə qoşulsunlar.

Kadri Simson Aİ-nin bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq marağından da danışıb. Aİ-nin enerji komissarı Azərbaycanın külək enerjisi sahəsində potensialını vurğulayıb: “Azərbaycanın Aİ-yə bərpaolunan enerji və hidrogen enerjisi ixrac edən ölkə olmaq potensialı var. Bizim "EU fior Energy" proqramı artıq bu istiqamətdə Azərbaycana dəstək verir. Biz texnologiya və özəl sərmayə təqdim edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR