Kadri Simson: Rusiyanın əsas qaz tədarükçümüz olduğu vəziyyətə qayıtmayacağıq

Kadri Simson: Rusiyanın əsas qaz tədarükçümüz olduğu vəziyyətə qayıtmayacağıq
# 29 mart 2023 10:20 (UTC +04:00)

Avropa İttifaqı Şurası “qaz paketi” ilə bağlı təklifə üzv ölkələrin Rusiya və Belarus qazını, o cümlədən LNG-ni qəbul etmək üçün öz tutumlarından (güclərindən – red.) istifadəni məhdudlaşdırması imkanını əlavə edib.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.

“Biz heç vaxt Rusiyanın bizim əsas qaz tədarükçümüz olduğu vəziyyətə qayıtmayacağıq. Buna görə də, mən Aİ Şurasının Aİ ölkələrinə Rusiya və Belarusdan qaz, o cümlədən LNG (təchizatı - red.) tutumlarını müvəqqəti məhdudlaşdırmaq imkanı verən müddəanın əlavə edilməsini alqışlayıram, çünki biz təchizatlarımızın təhlükəsizliyini qorumalıyıq"- Kadri Simson qeyd edib.

Onun sözlərinə görə, təklif olunan imkan təhlükəsizlik tələblərinə uyğun olaraq milli səviyyədə fəaliyyət göstərəcək və Aİ-nin sanksiyalarından asılı olmayaraq həyata keçiriləcək.

“Bu, üzv dövlətlərə qazın, o cümlədən LNG (təchizadı – red.) tutumlarının istifadəsini müvəqqəti məhdudlaşdırmağa imkan verəcək. Bu cür tədbirlər, məsələn, LNG-yə qarşı yeni sanksiyalar tətbiq edib-etməməyimizdən asılı olmayaraq, milli səviyyədə həyata keçirilə bilər”, - Kadri Simson bildirib.

O əlavə edib ki, dövlətlər öz milli təhlükəsizliklərinin tələblərinə uyğun olaraq belə məhdudlaşdırıcı tədbirlər görə bilər.

Avropa İttifaqı Şurası daha əvvəl qondarma “qaz paketi” ilə bağlı institutlararası danışıqlara başlamaq üçün ümumi mövqe barədə razılığa gəlib. Paket Aİ-nin 2050-ci ilədək iqlim neytrallığı ilə bağlı bəyan etdiyi məqsədə nail olmaq üçün təbii qazdan biometan və hidrogen də daxil olmaqla bərpa olunan və təmiz qaza keçidi asanlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR