Kalın: “Həm Azərbaycan, həm də biz TANAP-da işimizi davam etdiririk”

Kalın: “Həm Azərbaycan, həm də biz TANAP-da işimizi davam etdiririk”
# 03 yanvar 2023 23:07 (UTC +04:00)

“Həm Azərbaycan tərəfi, həm də biz TANAP-da işimizi davam etdiririk”.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“TANAP-ın tutumu ikiqat artacaq. Rusiya-Ukrayna müharibəsi bitəndə bu infrastruktur sərmayələri bizə qayıdacaq”, - Kalın qeyd edib.

Kalın bildirib ki, Qara dənizdə tapılan təbii qaz əsas sayılır.
“Aralıq dənizində də qaz ehtiyyatı tapa bilərik. Oradakı ehtiyat Türkiyəni enerji bazarında çox fərqli bir nöqtəyə aparacaq”, - deyə Ərdoğanın sözçüsü əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR