KİV: ABŞ Avropaya qaz ixracına məhdudiyyət qoymayacaq

KİV: ABŞ Avropaya qaz ixracına məhdudiyyət qoymayacaq
# 04 oktyabr 2022 16:38 (UTC +04:00)

ABŞ səlahiyyətliləri, ölkədə inflyasiya ilə mübarizə üçün bir çarə kimi baxılan, Avropa ölkələrinə mayeləşdirilmiş təbii qazın (LNG) ixracına qadağa və ya məhdudiyyətlərin tətbiqini istisna edir.

APA-Economics” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"Ağ Ev Avropanın enerji qıtlığını aradan qaldırmaq üçün bu qış təbii qaz ixracına qadağa və ya məhdudiyyətlər tətbiq etməyi istisna edib", - məlumatda qeyd olunur.

Qeyd olunur ki, ABŞ şirkətləri son aylarda Avropaya rekord həcmdə ixrac etdikdən sonra ölkənin əsas istilik yanacağı olan təbii qazın ehtiyatları tarixən aşağı səviyyəyə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR