KİV: İran 120 gün ərzində 50 mln. barel neft ixrac edə bilər

KİV: İran 120 gün ərzində 50 mln. barel neft ixrac edə bilər
# 20 avqust 2022 09:55 (UTC +04:00)

İranla nüvə dosyesinə dair razılaşma layihəsi sazişin imzalandığı tarixdən etibarən 120 gün ərzində ölkənin 50 milyon barel neftin ixracını nəzərdə tutur.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “Əl-Cəzirə” mənbələrə istinadən xəbər verir.

KİV-in məlumatına görə, sənəd imzalandıqdan dərhal sonra İranın 17 bankı və 150 ​​şirkətindən sanksiyaların götürülməsini, həmçinin müqavilədən yenidən çıxacağı təqdirdə ABŞ-ın cərimələnməsini nəzərdə tutur.

"Avropanın nüvə sazişini canlandırmaq təklifi hər biri 60 gün üçün nəzərdə tutulmuş dörd mərhələdən ibarətdir. Sazişin imzalanmasından sonrakı ilk gündə İranın 17 bankı və 150 ​​şirkətindən sanksiyalar götürüləcək", - mənbələr əlavə ediblər.

Bundan əlavə, məlumatlı mənbələrə görə, İranla saziş layihəsində Cənubi Koreyanın İrana 7 milyard dollar qaytarması şərti də var.

Qeyd olunur ki, saziş imzalandıqdan sonra onun həyata keçirilməsinin ilk günündən Tehran nüvə proqramının həyata keçirilməsindən tədricən imtina etməyə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR