KİV: “OPEC+” hasilatın azaldılması məsələsini müzakirə etməyə başlayıb

KİV: “OPEC+” hasilatın azaldılması məsələsini müzakirə etməyə başlayıb
# 29 sentyabr 2022 13:33 (UTC +04:00)

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) üzvləri oktyabrın 5-də baş tutacaq görüş qabağı noyabr ayı üçün neft hasilatının azaldılması məsələsini müzakirə etməyə başlayıblar.

APA-Economics” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

""OPEC+" un aparıcı üzvləri alyansın oktyabrın 5-də keçiriləcək iclasında elan oluna biləcək neft hasilatının azaldılması ilə bağlı müzakirələrə başlayıblar”, - məlumatda qeyd olunub.

Öncə “Reuters” tərəfindən yayılan xəbərə görə, Rusiya, çox güman ki, “OPEC+”un oktyabrda keçiriləcək növbəti iclasında gündəlik neft hasilatını təxminən 1 mln. barel azaltmağı təklif edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR