Kreml: "Qazprom" Avropanı mümkün qədər qazla təmin edir

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 27 iyul 2022 16:30 (UTC +04:00)

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya qazının Avropaya nəqlinin həcmini sanksiyaların ləğvi ilə əlaqələndirməyi yanlış hesab edir.

APA-Economics” TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü jurnalistlərə açıqlamasında “Qazprom”un mümkün qədər çox qaz tədarük etdiyini bildirib.

Moskvanın Aİ sanksiyaları qaldırana qədər Avropaya qaz tədarükünü minimum səviyyədə saxlaması ilə bağlı fərziyyələri şərh edən Dmitri Peskov deyib ki, “bu, tamamilə yanlış əlaqədir”.

Kremlin sözçüsü vurğulayıb ki, təchizatçı olan “Qazprom” lazım olduğu qədər və mümkün qədər tədarük edir.

“Biz bilirik ki, indi nəqlin texniki imkanları azalıb, onlar daralıb, çünki Avropanın, daha doğrusu, Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlər və sanksiyalar səbəbindən müxtəlif aqreqatlara texniki qulluq prosesi son dərəcə çətindir. Bu sanksiyalar nəql üçün lazım olan avadanlıqlara operativ texniki xidmət göstərməyə, ehtiyat hissələrini dəyişdirməyə, əsaslı təmir və digər cari texniki xidmət göstərməyə imkan vermir”, - Peskov əlavə edib.

Onun sözlərinə görə, bu işlər aparıldıqca “Qazprom” müvafiq olaraq daha çox qaz nəql edə biləcək.

“Qazprom” bütün öhdəliklərinin yerinə yetirilməsinin etibarlı qarantı olub və olaraq qalır, lakin Avropa sanksiyaları səbəbindən idxal olunan qurğulara texniki xidmət göstərilə bilmədikdə, o, nəqlə zəmanət verə bilməz”, - Kremlin sözçüsü izah edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR