Laçın və Kəlbəcərdə külək stansiyasının inşasına xarici investisiyanın cəlbi prioritetlərdəndir

Laçın və Kəlbəcərdə külək stansiyasının inşasına xarici investisiyanın cəlbi prioritetlərdəndir
# 03 noyabr 2022 11:52 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə kiçik su elektrik stansiyalarının bərpası, Laçın və Kəlbəcərdə külək elektrik stansiyasının inşasına xarici investisiyanın cəlbi başlıca prioritetlərdəndir.

"APA-Economics" xəbər verir ki, bunu “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, hazırda ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır.

“Ümumi gücü 33,4 MVt olan 7 kiçik su elektrik stansiyasının bərpa-tikintisi həyata keçirilir. İki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır”, - nazir qeyd edib.

Bunlardan əlavə, yaxın illərdə Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının istismara verilməsi də regionun “yaşıl” inkişafına öz töhfəsini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR