Laura Loxman: Azərbaycan CQD vasitəsilə Avropanın enerji təminatına əsaslı töhfələr verir

Laura Loxman: Azərbaycan CQD vasitəsilə Avropanın enerji təminatına əsaslı töhfələr verir
# 02 fevral 2023 14:22 (UTC +04:00)

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası əhəmiyyətlidir. Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verir.

APA xəbər verir ki, ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən deyib.

Qonaq Cənub Qaz Dəhlizinin yaratdığı təməllər əsasında bərpaolunan enerji, o cümlədən yaşıl hidrogen sahəsində yeni əməkdaşlıq perspektivlərinin meydana çıxdığını qeyd edib və bu layihələrin həyata keçirilməsində ölkəmizin vacib rol oynadığını bildirib.

O, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması münasibətilə təbriklərini çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR