Laura Loxman Pərviz Şahbazovla görüşüb

Laura Loxman Pərviz Şahbazovla görüşüb
# 02 fevral 2023 16:15 (UTC +04:00)

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman energetika naziri Pərviz Şahbazovla görüşüb.

APA xəbər verir ki, bu barədə ABŞ səfirliyinin “Twitter” hesabında qeyd edilib.

Laura Loxman Azərbaycanın Avropa enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib. O, həmçinin dəyişən iqlimin problemlərini həll etmək üçün təmiz enerjiyə ehtiyac olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR