Laura Loxman: "Xəzər regionu enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır"

Laura Loxman: "Xəzər regionu enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır"
# 02 iyun 2022 10:29 (UTC +04:00)

Xəzər regionu enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edən ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman bildirib.

Onun sözlərinə görə, bu baxımdan Cənub Qaz Dəhlizinin genişləndirilməsi önəmli məqamdır.

Laura Loxman əlavə edib ki, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində interkonnektorların tikintisi, alternativ enerjinin inkişafı da vacib rol oynayır.

O, Azərbaycanın regionda alternativ enerji mənbələrinin inkişafına və "yaşıl" keçidinə olan töhfəsini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR