"Lukoil" Xəzər dənizində yerləşən "Xəzri" yatağında ikinci quyusunu qazacaq

"Lukoil" Xəzər dənizində yerləşən "Xəzri" yatağında ikinci quyusunu qazacaq
# 24 iyul 2019 16:55 (UTC +04:00)

"Lukoil" şirkəti 2020-ci ildə Xəzər dənizinin Rusiya sektorunda yerləşən "Xəzri" yatağında ikinci quyunun qazmasını planlaşdırır. “APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov bildirib.

Qeyd edək ki, yataqda qazılacaq axtarış-qiymətləndirmə quyusu sayca ikinci olacaq. İlk quyu (4 780 metr dərinliyində) şirkət tərəfindən 2017-ci ildə qazılıb.

"Qazma yaxşı bir nəticə versə, şirkət daha effektiv olan yataqla birbaşa məşğul olacaq", - deyə V. Ələkbərov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR