“Lukoil” Xəzərdə yeni yatağın ehtiyat həcmini açıqlayıb  

“Lukoil” Xəzərdə yeni yatağın ehtiyat həcmini açıqlayıb  
# 20 aprel 2022 16:41 (UTC +04:00)

Rusiyanın “Lukoil” şirkəti Xəzər dənizinin şelfində bu yaxınlarda aşkar edilmiş “Titonskaya” strukturunda sənaye qaz və kondensat axınlarını əldə edib.

Bu barədə “APA-Economics” “Lukoil”a istinadən xəbər verir.

"Sınaqlar nəticəsində sənaye xarakterli qaz və kondensat axını əldə edilib. İki quyunun qazılmasının nəticələrinin ilkin qiymətləndirilməsinə əsasən, yeni kəşf edilmiş yataqda çıxarıla bilən karbohidrogen ehtiyatlarının həcmi 140-150 mln. tona (şərti yanacaq ekvivalentində - red) qədər ola bilər”, - şirkət bildirir.

Qeyd olunur ki, qiymətləndirmənin nəticələri Rusiya Federasiyasının dövlət ehtiyatlar komissiyasına təqdim ediləcək.

“Lukoil” “Titonskaya”da yeni ehtiyatların aşkar edildiyini 2021-ci ilin aprelində elan edib.

“Lukoil” 1995-ci ildən Şimali Xəzərdə kəşfiyyat işlərini, 1999-cu ildən isə dərin qazma işlərini aparır. Şirkətin lisenziya sahələrində 26 qiymətləndirmə quyusu qazılıb. Ümumilikdə, Xəzər dənizində “Lukoil” 10 yataq kəşf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR