Macarıstan XİN başçısı: Əgər "Türk axını" çəkilməsəydi, bu gün çox ciddi problemlərlə üzləşərdik

Macarıstanın xarici işlər naziri Peter Siyarto

© APA | Macarıstanın xarici işlər naziri Peter Siyarto

# 03 fevral 2023 13:42 (UTC +04:00)

"Macarıstan dənizə çıxışı olmayan bir dövlət kimi enerji təchizatında, o cümlədən bu sahəyə lazımi sərmayələri yatırmaq məsələsində qonşu və digər tranzit ölkələrdən çox asılıdır".

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı zamanı deyib.

O, hökumətinin enerji təchizatına həmişə siyasi və ya ideoloji deyil, fiziki bir məsələ kimi baxdığını qeyd edib: “Enerji təhlükəsizliyi bizim üçün milli təhlükəsizlik məsələsidir və hökumət indiyə qədər etdiyi kimi bu sahəyə hər hansı müdaxilə cəhdini qətiyyətlə rədd etməyə davam edəcək”.

Nazir Siyarto Macarıstanın enerji təchizatının bu gün də təhlükəsiz olduğuna inandığını deyərək, bunun "böyük ölçüdə hələ də yüz faiz gücü ilə işləyən “Türk axını” qaz kəməri" ilə bağlı olduğunu vurğulayıb.

O, bəzi şəxslərin bir zamanlar kəmərin çəkilməsinə mane olmağa çalışaraq sanksiya hədələri etdiyini, lakin layihənin iştirakçı ölkələrin cəsarətli qərarları sayəsində reallaşdığını xatırladıb.

“Əgər biz bu kəməri çəkməsəydik, bu gün çox ciddi problemlərlə üzləşərdik”, Siyarto vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR