Macarıstanın Dövlət Katibi: Bakını gələcək enerji təhlükəsizliyi paytaxtı adlandıra bilərik

Macarıstanın Dövlət Katibi: Bakını gələcək enerji təhlükəsizliyi paytaxtı adlandıra bilərik
# 01 iyun 2023 10:57 (UTC +04:00)

Bakını gələcək enerji təhlükəsizliyi paytaxtı adlandıra bilərik.

"APA-Economics" xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı Macarıstanın Təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə Məhsul Dövlət Katibi Piter Staray bildirib.

Onun sözlərinə görə, bütün problemləri nəzərə alaraq, növbəti illər üçün enerji strategiyasının formalaşdırılması önəmlidir.

"Sözsüz ki, bunu təkbaşına edə bilmərik. Bir araya gəlməliyik, beynəlxalq layihələr hazırlamalıyıq, daha çox əməkdaşlıq etməliyik. Ona görə də bu gün Bakıda olmaq bizim üçün çox önəmlidir", - Piter Staray qeyd edib.

O əlavə edib ki, "yaşıl enerji"ye keçid zamanı keçid yanacağı kimi qazdan istifadə olunmalıdır. Bununla yanaşı, qeyd edilən məqsədlə ("yaşıl enerji"ye keçid -red.) Macarıstan nüvə enerjisinin istehsalını artırmaqda qətiyyətlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR