Macarıstanın MOL şirkəti "Chevron"un AÇG-dəki payını ala bilər

Macarıstanın MOL şirkəti "Chevron"un AÇG-dəki payını ala bilər
# 10 oktyabr 2019 13:24 (UTC +04:00)

Macarıstanın MOL enerji şirkəti Xəzərin dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində ABŞ “Chevron” şirkətinin payını ala bilər.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, hazırda iki şirkət arasında bununla bağlı danışıqlar aparılır. Alqı-satqı müqaviləsinin dəyəri 2 mlrd. ABŞ dollarından çox olacağı gözlənilir.

Qeyd edək ki, AÇG bloku ARDNŞ tərəfindən xarici tərəfdaşlarla birlikdə işlənilir. Müqavilədə iştirak payı bu cür bölüşdürülüb: BP (layihə operatoru) – 35,78%, “Chevron” – 11,27%, “Inpex” – 10,96%, AzACG – 11,65%, “Equinor” (əvvəlki “Statoil”) – 8,56%, “Exxon” – 8 %, TPAO – 6,75%, “Itochu” – 4,3% və ONGC – 2,72%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR